Ağdaşın Qaradeyin kənd sakinləri sosial problemlərə etiraz ediblər

Ağdaşın Qaradeyin kənd sakinləri sosial problemlərə etiraz ediblər

30-09-2021 21:36 / Bu xəbər 1508 dəfə oxundu

DİN: "Etiraz edən sakinlərin şikayətləri dinlənilib"

Ağdaşın Qaradeyin kəndinin bir qrup sakini sosial problemləri ilə əlaqədar kənd ərazisində toplaşıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Qrupun baş inspektoru, polis baş leytenantı Mahir Məsimovun adından Meydan TV-yə göndərilən press-relizdə bildirilir ki, aidiyyatı qurumlar etiraz edən sakinlərin şikayətlərini dinləyiblər.

Onlara problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

DİN bildirib ki, həmin vaxt hər hansı bir hüquqazidd hərəkət qeydə alınmayıb.