Adil İsmayılovun 1 illik vəkillikdən uzaqlaşdırıldığı bildirilir

Adil İsmayılovun 1 illik vəkillikdən uzaqlaşdırıldığı bildirilir

10-09-2019 15:43 / Bu xəbər 1002 dəfə oxundu

Vəkil Adil İsmayılovun fəaliyyətinə 1 illik qadağa qoyulduğu bildirilir.

Bu barədə "Qafqazinfo” məlumat yayıb.
 
Məlumata görə, Adil İsmayılovdan şikayəti onun həmkarı edib və müvafiq qərar Vəkillər Kollegiyası tərəfindən qəbul edilib.

Adil İsmayılov sosial şəbəkədə yazdığı statusda rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib. 

O deyib ki, məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova rəsmi müraciət göndərib: "Baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm, inanıram ki, cəsarət tapıb bunu edəcək. Ondan sonra mən də məsələyə münasibət bildirəcəyəm".

Bundan əlavə, o, şikayət verən həmkarının da adını deməyib.

Adil İsmayılov son zamanlar sosial şəbəkələrdə Vəkillər Kollegiyasını tənqib edib. Həmçinin o, Baş prokurur Zakir Qaralov və onun müavini Rüstəm Usubovla bağlı bir neçə tənqidi yazı yazıb.