ADO-ya yeni rəhbər təyin olundu

ADO-ya yeni rəhbər təyin olundu

30-07-2021 16:50 / Bu xəbər 5276 dəfə oxundu

Xalid Bağırov direktor vəzifəsini icra edəcək

ADO teatrına yeni rəhbər təyin olunub.

Teatrdan verilən məlumata görə, hüquqşünas Xalid Bağırov direktor vəzifəsini icra edəcək.

Uzun sürən pandemiya və çətinliklərdən dolayı bir ildən çoxdur ki, teatrın fəaliyyətində problem yaranıb.

Bu ilin mart ayında teatr icarədə olduğu məkandan çıxarılıb.

ADO-nun təsisçisi Elmin Bədəlov yalnız yaradıcılıqla məşğul olmaq istədiyini bildirib və direktor olmaqdan imtina etmişdi.

Xalid Bağırov illər əvvəl ədəbiyyatda Xalid Şürük imzası ilə tanınırdı.

"Kafkazuzel” İnformasiya Agentliyinin təsis etdiyi "Qafqazın qəhrəmanı” mükafatına layiq görülüb.

"Start” Beynəlxalq Tələbə Filmləri Festivalının ideya müəllifi olub.