AFFA-nın sabiq prezidentinin bacısı ilə ərinin qətlə yetirildiyi deyilir

AFFA-nın sabiq prezidentinin bacısı ilə ərinin qətlə yetirildiyi deyilir

24-02-2018 14:47 / Bu xəbər 6321 dəfə oxundu

Qadının ağzı lentlə bağlı olub

Fevralın 24-də Tovuz şəhərində baş verən yanğında meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

APA hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən yazır ki, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. 

Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. 

Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Bildirilir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

P.Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Yanğın hadisəsi ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib.

Faktla bağlı araşdırma aparılır.