Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb

Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb

24-08-2022 17:15 / Bu xəbər 1189 dəfə oxundu

Natiq Cəfərli: "Qiymət artımına səbəb ola biləcək artım deyil”

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

Bu barədə Nazirlər Kabinetinin "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında bildirilib.

Avqustun 23-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə qaldırılıb.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Qərara görə, Azərbaycanda istehsal edilən və qiyməti dövlət tərəfindən tənzimlənən benzin və dizelin satış məntəqələrindən Naxçıvana daşınmasına görə çəkilən artıq xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya veriləcək.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, bu, qiymət artımına səbəb ola biləcək artım deyil: "Amma gələcəkdə istehsalçılara bəhanə verə bilər ki, Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət etsinlər”.