Aİ Azərbaycanla Ermənistan arasında münasibətləri müzakirə edəcək
13-11-2023 12:39 / Bu xəbər 1110 dəfə oxundu
Noyabrın 13-də Brüsseldə Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin növbəti görüşündə Azərbaycan və Ermənistan arasında danışıqlar müzakirə olunacaq.
Avropa İttifaqının məlumatında deyilir ki, görüşün gündəliyinə İsrail və HƏMAS arasında münaqişə də daxildir.
Digər müzakirə mövzusu Ukraynada müharibə, bu ölkəyə maliyyə, hərbi yardım və təhlükəsizlik zəmanətinin verilməsi olacaq.
Əvvəlki görüşdə nazirlər Ermənistanla Azərbaycan arasında nizamlanma məsələlərinin müzakirəsini təxirə salmışdılar.