Ailələrin maarifləndirilməsi üçün nəzərdə tutulan kitabçanın təqdimatı olub

Ailələrin maarifləndirilməsi üçün nəzərdə tutulan kitabçanın təqdimatı olub

25-01-2023 00:19 / Bu xəbər 513 dəfə oxundu

Şabran şəhər 1nömrəli ümumi orta məktəbdə həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi "Mənə zaman ayır, anacan” layihəsinin bağlanış tədbiri keçirilib. 

Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. 

Sonda layihə çərçivəsində ailələrin maarifləndirilməsi üçün nəzərdə tutulan kitabçanın təqdimatı olub. 

Kitabçada yaş dövrləri, çətinliklə mübarizə yolları, məqsədə çatmaq üçün iradə gücümüzü necə inkişaf etdirək valideynlərə tövsiyələr və digər mövzular öz əksini tapıb.

Ümumilikdə layihədə emosional sfera, davranış pozuntusu, öyrənmə çətinliyi, zərərli vərdişlər, nitq qüsuru, idrak proseslərində olan problemlərlə korreksiya işləri görülüb.