Akşener başqanlığa namizəd olmayacağını deyir

Akşener başqanlığa namizəd olmayacağını deyir

08-04-2024 15:41 / Bu xəbər 1031 dəfə oxundu

CHP-nin seçkiləri udmasının bu partiyada böhran yaratdığı bildirilir

Türkiyənin İYİ Partiyasının başqanı Meral Akşener 27 apreldə keçiriləcək növbədənkənar qurultayda namizəd olmayacağını açıqlayıb.

O bu barədə "X” hesabında məlumat yayıb.

Türkiyə mediasının yazdığına görə, 31 mart bələdiyyə seçkilərində CHP-nin Ankara və İstanbulda qalib gəlməsi İYİ Partiyada böhran yaradıb.

Bildirilir ki, seçki nəticələrinin ilk anlarında İYİ Partiyasının iqtisadi siyasət üzrə başqanı Bilge Yılmaz "X” səhifəsində Akşeneri istefaya çağırıb.

Meral Akşener 2023-cü ilin mayında keçirilən ümumi seçkilərdə məğlubiyyətdən sonra "Millət ittifaqı”ndakı fəaliyyətinə son qoyub.

Bundan sonra M.Akşener seçkiyə ayrı-ayrılıqda girməyə qərar verməklə yanaşı, bütün yerli seçki kampaniyası boyunca sərt bəyanatlarla CHP-ni tənqid edib.