Aleksey Navalnı hava limanında saxlanılıb

Aleksey Navalnı hava limanında saxlanılıb

17-01-2021 23:48 / Bu xəbər 671 dəfə oxundu

Müxalifət liderini qarşılamağa çıxan tərəfdarlarının da saxlanıldığı bildirilir

Rusiyalı bloger Aleksey Navalnı yanvarın 17-də həbs olunub.

Aleksey Navalnı Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” hava limanında saxlanılıb.

Bu barədə Lenta.ru Rusiya Federal Penitensiar Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, ötən ilin dekabrın 29-da Aleksey Navalnı haqqında axtarış elan olunub.

A.Navalnının məhkəmənin qərar çıxarana qədər həbsdə olacağı qeyd olunub.

Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən Rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.