Aleksey Navalnının həkimi: "Onu təcili Avropaya aparmaq lazımdır"

Aleksey Navalnının həkimi:

20-08-2020 14:12 / Bu xəbər 2065 dəfə oxundu

Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Rusiya müxalifətinin lideri Aleksey Navalnının vəziyyətinin ağır olduğu deyilir

Bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Məlumata görə, müxalifət lideri xəstəxanaya yerləşdirilib.

Navalnı Tomskdan Moskvaya qayıdarkən uçuş zamanı halı pisləşib.
 
Təyyarə Omskda təcili eniş edib və onda toksik zəhərlənmə qeydə alınıb.

Navalnının çayına zəhər qatıldığı güman edilir. 

Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə bədəninə hopub.

Hazırda onun komada olduğu bildirilir və ağciyərlərin süni ventilyasiyası cihazına qoşulub.

Aleksey Navalnının həkimi terapevt, kardioloq Yaroslav Aşixminin də durumla bağlı açıqlama verib.

Navalni 2013-cü ildən onun müşahidəsi altında müalicə alır.

Yaroslav Aşixminin sözlərinə görə, Navalnının Avropaya aparmaq lazımdır. 

Həkim deyib ki, onlar öz kanalları vasitəsilə Hannover və Strasburq hospitalları ilə danışıqlar aparırlar. 

"Koronovirus bu vəziyyəti çətinləşdirsə də, onun Hannpverə köçürülməsi mümkündür", - həkim deyib.

Onun sözlərinə görə, yerli xəstəxanalar onun vəziyyətini stabilləşdirə və həyata qaytara bilər, lakin zəhərlənmənin hansı toksit maddədən olduğunu müəyyənləşdirə bilməzlər.