Aleksey Navalnının saytı bloklandı

Aleksey Navalnının saytı bloklandı

27-07-2021 15:03 / Bu xəbər 2416 dəfə oxundu

Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahələri üzərində federal nəzarət xidməti ("Roskomnadzor") hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının rəsmi saytını bloklayıb. 

Bu barədə "Radio Svoboda” siyasətçinin komandasına istinadən xəbər verib. 

"Roskomnadzor"-un reyestrində isə bildirilir ki, blok Baş prokurorluğun 15 iyun tarixli qərarına əsasən tətbiq edilib.

Nəzarət xidmətinin iddiasına görə, məhdudiyyətin tətbiq edilməsinə səbəb saytda "kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə, mövcud qaydaların pozulması ilə keçirilən kütləvi tədbirlərdə iştiraka çağırışlar”ın olmasıdır. 

İyulun 22-də Navalnının saytında Dövlət Dumasının sədri Vyaçeslav Volodinin ailəsinin biznesi haqqında araşdırmanın materialları dərc olunub. 

Yazıda qeyd olunur ki, spikerin qohumları ilə əlaqəli olan şirkətlər Moskvada tikinti üçün ərazilərin satılmasından 5 milyard rubl qazanıblar. 

Bu şirkətlərdən birinin sahibi Volodinin anası, digəri isə qaynatasıdır.