"Alfa"nın rəhbəri vəzifədən kənarlaşdırılıb

15-07-2019 19:12 / Bu xəbər 1010 dəfə oxundu

Rusiya Federal Təhlükəsizlik xidmətinin xüsusi təyinatlı bölməsinin (Alfa) rəisi Valeriy Kanakin bir müddət əvvəl vəzifədən kənarlaşdırılıb.

Bu barədə "İnterfaks” agentliyi "Alfa” beynəlxalq veteranlar asosasiyasının fəxri prezidenti Sergei Goncharova istinadla xəbər verir.

Onun sözllərinə görə, bu ola bilsin ki, qarətçilikdə şübhəli bilinən xüsusi xidmət əməkdaşlarının həbsi ilə bağlı deyil.

Kanakin vəzifədən azad edilən kimi, "Alfa” veteranlar asosasiyasının rəhbəri olub.

”İnterfaks”ın məlumatına görə Valeriy Kanakin "Alfa”da 1994-cü ildən nxidmət edir.

Dubrovkadakı teatr binası və Beslandakı orta məktəbdə girovların azad edilməsi ilə bağlı əməliyyatlarda iştirak edib.

Həmin əməliyyatlarda terrorçulardan başqa 500 nəfərdən çox adam ölüb.

Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin 7 əməkdaşının həbsi barədə məlumat verilmişdi.

Onlar mütəşəkkil cinayətkar aləmlə əlbir olmaqda, fırıldaqçılıq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Onlardan 3-ü "Alfa”nın zabitləridir.

Bundan başqa xüsusi xidmətin daha 8 üzvünün axtarışda olduğu bildirilir, amma bu məlumat hələ ki, rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, bu cinayətlərdən birində söhbət, axtarış adı altında banklardan birindən 150 milyon rublun qarət edilməsindən gedir.///azadliq.org