Ali Məhkəmə Meydan TV ilə bağlı qərar qəbul edib

Ali Məhkəmə Meydan TV ilə bağlı qərar qəbul edib

25-09-2019 17:42 / Bu xəbər 1677 dəfə oxundu

İş Apelyasiya Məhkəməsinə göndərilib

Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Meydan TV ilə bağlı qərarını ləğv edib. 

Proses sentyabrın 10-da hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilib. İş yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil bildirib ki, Səbail Rayon Məhkəməsi 2017-ci il 12 may tarixli qətnaməsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Meydan TV-nin yayımının məhdudlaşdırılması haqda müraciətini təmin edib. 

Bakı Apelyasiya Məhkəməsi isə 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.