Almaniya Rusiyanın neft və kömüründən imtina edəcək
13-03-2022 00:01 / Bu xəbər 766 dəfə oxundu
2022-ci ilin payızına qədər Almaniya Rusiya kömürü və neftindən imtina edə bilər.
"Yevropeyskaya Pravda” xəbər verir ki, bu barədə Almaniyanın Baş nazirinin müavini və Almaniyanın iqtisadiyyat naziri Robert Habek "Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
Bildirilir ki, Rusiya qazından imtina etmək daha çətin olacaq, çünki Almaniyanın maye qaz idxalı üçün öz imkanları yoxdur. Ona görə də Almaniya müvafiq terminallar tikməyi planlaşdırır.
Habek qeyd edir ki, Almaniya hakimiyyətinin planları Rusiyadan enerji idxalından tamamilə imtina etməkdir.
O bildirib ki, o, Putinin amansız təcavüzkar müharibəsinə görə dərhal embarqoya çağıran hər kəsi anlayır, lakin özü də bütün ölkə üçün məsuliyyət daşıdığını vurğulayıb.
Almaniyalı nazir qeyd edib ki, hökumət qəbul edilən qərarların nəticələrini nəzərə almalıdır: "Məsələ yalnız şəxsi rahatlığı qurban verməklə bitmir, bu, iqtisadi və sosial sahələrdə ciddi azalmalara bağlıdır. İdxala dərhal qadağa qoyulacağı təqdirdə, gələn qışda tədarükün azalması, iqtisadi tənəzzül və yüksək inflyasiya, yüz minlərlə işini itirən insanların sayı, o cümlədən istilik və elektrik enerjisində problemlərlə üz-üzə qalacağıq".
"Sanksiyalar elə olmalıdır ki, biz duruş gətirə bilək. Amma biz Rusiya neftindən, qazından, kömüründən asılılığımızı azaltmaq üçün hər gün, doğrudan da, hər gün, bəzən hətta gecələr də çalışırıq", - Xabek əlavə edib.












