Almaniya səfiri "Müdafiə Xətti"nin həmtəsisçiləri görüşüb

Almaniya səfiri

27-09-2021 17:08 / Bu xəbər 1083 dəfə oxundu

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçiləri - Zaur Əkbər və Rüfət Səfərov Almaniyanın Azərbaycandakı səfirliyinin 1-ci katibi Andreas Holtla görüşüblər.

Bu barədə Arqument.az-a Rüfət Səfərov məlumat verib.

O bildirib ki, görüşdə "Müdafiə Xətti"nin gördüyü işlər və yaxın gələcək üçün insan haqları ilə bağlı atacağı addımlar Holtun diqqətinə çatdırılıb: "Geniş müzakirələrin sonunda cənab Holt "Müdafiə Xətti" ilə insan haqları sahəsində yaxından əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Görüş ərəfəsində Almaniyanın ölkəmizdəki səfiri Dr. Volfqanq Maniq də qısa da olsa, bizimlə müzakirələrə qatıldı".

Hüquq müdafiəçisi deyib ki, görüşdə siyasi məhbuslarla bağlı da müzakirə aparılıb: "Sonda isə "Müdafiə Xətti" olaraq, Almaniya səfirliyinin siyasi yüklü cinayət təqibləri üzrə məhkəmə proseslərini, o cümlədən də Niyaməddin Əhmədovun, Əlizamin Salayevin hüquqi vəziyyətini diqqətdə saxlamasını xahiş etdik".