Almaniyada koronavirusa yoluxanların sayı azalır

Almaniyada koronavirusa yoluxanların sayı azalır

06-04-2020 17:19 / Bu xəbər 835 dəfə oxundu

Almaniyada ardıcıl dördüncü gündür ki, koronavirus infeksiyalarının artma sürətində azalma qeydə alınıb.

Arqument.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Robert Kox Federal İnstitutu məlumat yayıb.

Məlumata görə, ötən gün Almaniyada 3677 yeni koronavirus infeksiyası qeydə alınıb. 

Bugünkü rəqəmlər ölkədə 5936 yoluxma hadisəsinin qeydə alındığı bazar günündən xeyli azdır. 

Almaniyada, bazar ertəsi səhərdən etibarilə koronavirusa ümumi yoluxma sayı 95 391-dir. 

Koronavirus xəstəliyindən ölənlərin sayı 92 artaraq 1434-ə çatıb.

Nizami