Almaniyada Xocalı yürüş-mitinqi keçiriləcək

Almaniyada Xocalı yürüş-mitinqi keçiriləcək

15-01-2020 22:36 / Bu xəbər 1195 dəfə oxundu

Almaniyada yaşayan azərbaycanlı mühacirlər tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü ilə bağlı yürüş-mitinqi keçiriləcək. 

Bu barədə Almaniyadan yaşayan jurnalist, "Kölgə"-nin sözçüsü Röya Rəfili Xeberinfo.de-yə məlumat verib. 

Onun sözlərinə görə, yürüş fevralın 26-ı Berlində Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin qarşısından başlayıb, Fransa səfiriliyinə qətnamə təqdim etməklə, Rusiya səfirliyinə qədər davam edəcək və orada toplanış-mitinqi keçiriləcək.

R.Rəfili bildirib ki, marşrutun belə seçilməsi ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olmaları ilə əlaqədardır.

Sonra azərbaycanlı mühacirlər Xocalı soyqırımını birbaşa törədən Ermənistanın Berlindəki səfirliyi qarşısına toplaşacaqlar.