AMCP də qeydiyyata alındı
01-09-2020 17:24 / Bu xəbər 3044 dəfə oxundu
Sertifikat partiya sədrinə təqdim olunub
Azərbaycan Milli Cəbhə Partiyası (AMCP) dövlət qeydiyyatına alınıb.
Sentyabrın 1-də Ədliyyə nazirinin müavini Toğrul Musayev partiyanın qeydiyyata alınması haqqında sertifikatı Razi Nurullayevə təqdim edib.
Hazırda deputat olan Raz Nurullayev isə əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunub.
2015-ci ildə AXCP-dən ayrılaraq eyniadlı partiya yaratdığını bəyan edib.
Bu il, iyulun 18-də isə partiyanın adını dəyişib və Azərbaycan Milli Cəbhə Partiyası kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib.












