Amerikalılara Vaşinqtona səfər etməmək tövsiyə olundu

Amerikalılara Vaşinqtona səfər etməmək tövsiyə olundu

12-01-2021 14:39 / Bu xəbər 57 dəfə oxundu

ABŞ-ın Vaşinqton şəhərinin meri və qonşu ştatların qubernatorları vətəndaşlara Co Baydenin andiçmə mərasimi günü paytaxta səfər etməməyi tövsiyə ediblər. 

Bu barədə yanvarın 12-də AP məlumat verib. 

Məlumata görə, Vaşinqton şəhərinin meri Muriel Bouzer və iki qonşu ştatının qubernatorları Larri Hoqan (Merilend) və Rald Nortem (Virciniya) müştərək müraciətlə çıxış ediblər. 

Adları çəkilən rəsmilər bildiriblər ki, yanvarın 20-də Vaşinqtonda təhlükəsizliyi təmin etmək məqsədilə Vaşinqton dairəsinin və qonşu ştatların yerli hakimiyyətləri birgə fəaliyyət göstərəcəklər.

"Prezidentin 59-cu andiçmə mərasiminin qeyri-adi şəraitdə keçməsi, həmçinin keçən həftə baş verən iğtişaşlar və pandemiya ilə əlaqədar ölüm hallarının artmasına görə amerikalıları Vaşinqtona səfər etməməyə, mərasimə virtual qoşulmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb. 

Hazırda ABŞ-da prezident səlahiyyətlərini icra edən Donald Tramp da Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə görə, paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edib.