"Amerikanı yox edə biləcək tək ölkə..."

23-07-2015 13:49 / Bu xəbər 1249 dəfə oxundu

ABŞ-lı general Mark Milley  Senatda  etdiyi  çıxışında  nüvə gücü  ilə ABŞ-ı yox edə biləcək yeganə ölkənin  Rusiya olduğunu deyib.
 
Avropa.info  xəbər verir ki,  "The Washington Times" qəzetinin  yazdığına görə,  ABŞ  ordusunun Baş Qərargahı rəhbərliyinə  namizəd olan Mark Milley  ABŞ Senatında çıxışında Rusiyanın gücünü etiraf edib.

"Rusiya  ABŞ-ı məhv etmək üçün lazımı nüvə potensialına  malik yeganə ölkədir."
 
Söylədiyi fikirləri əsaslandıran  Milley  bunun  ABŞ üçün yeni bir xəbər olmadığını deyib. O, bir müddət öncə, general Cozef  Dunfordun  "Rusiya  ABŞ üçün başlıca təhdiddir " sözlərini xatırladıb. 

Qeyd edək  ki,   ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner   Danfordun açıqlamasını təkzib edərək, Rusiyanı  təhdid  olaraq  görmədiklərini bildirmişdi.