“Amnesty İnternational” Nemtsovun qətlini Putin rejiminin adına yazdı
28-01-2015 15:19 / Bu xəbər 1097 dəfə oxundu
“Boris Nemtsovun qətli hərtərəfli araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır”.
Musavat.com-u xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Amnesty İnternational”ın Moskva nümayəndəliyinin direktoru Sergey Nikitin bildirib.
“Cəzasızlıq mühiti, insan haqlarının pozuntusunda iştirakı olanların tapılıb məsuliyyətə cəlb edilməsində siyasi iradənin yoxluğu, hüquq-mühafizə sisteminin aşkar qeyri-peşəkarlığı ölkədə nifrət və dərəbəylik atmosferi yaradıb. Bu günədək Politkovskayanın, Estemirovanın, bir şox digərlərinin qətlinin sifarişçiləri tapılmayıb. Nemtsovun qətli hərtərəfli araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Sistem bunu istəyəcəkmi?”, - deyə təşkilat rəsmisi sual edib.
Arqument.Az












