ANAMA-nın bölmə rəhbəri minaya düşüb

ANAMA-nın bölmə rəhbəri minaya düşüb

29-01-2021 13:22 / Bu xəbər 1100 dəfə oxundu

"Sol ayağı topuq nahiyəsindən amputasiya olunub"

Yanvarın 29-da ANAMA-nın Təmizləmə Qrupunun Bölmə rəhbəri Elməddin Mirzəyev Ağdam rayonunda minaya düşüb.

Nəticədə Elməddin Mirzəyevin sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çox saylı qəlpə yarası alıb.

Məlumatı ANAMA yayıb.

Bildirib ki, 1983-cü il təvəllüdlü E.Mirzəyev xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

E.Mirzəyev hazırda Ağdam rayon Mərkəzi xəstəxanasındadır, vəziyyəti stabil ağırdır.