"Anamı itirmək istəmirəm" - Fotoreportyordan müraciət

16-07-2022 08:18 / Bu xəbər 863 dəfə oxundu

Fotoreportyor Vəli Şükürov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

"Qaynarinfo" xəbər verir ki, o, ağır xəstə olan anasının müalicəsinə köməklik göstərilməsini istəyir. 

Vəli Şükürov bu barədə sosial şəbəkədə yazıb:

"2020-ci ildən anam xərçəng xəstəsidir. Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. 63 yaşı var. Boğazında limfa düyünləri var (Lemfoma). Kimyaterapiya aldıqdan sonra, 2 il heç bir şikayəti yox idi. Son 4 ayda qanında naməlum virus aşkar olunub. Həkimlər sepsist olduğunu deyir. 

4 aydır ki, qızdırması 38-39 olur. Getmədiyimiz həkim, vurulmayan iynə və sistemlər, içilməyən dərman və çəkilməyən xərc qalmayıb. 

Azərbaycan səhiyyəsi 4 aydır bu xəstəliyin qarşısında aciz qalıb. Xaricdən gətirdiyim dərmanlar da heç bir təsir göstərmir. Xeyri yoxdur. Qan dəyərləri çox aşağıdır. Hər ay qan köçürdürük. 1 ay əvvəl İstanbulda olanda, analizlərin cavabların həkimlərə göstərdim. Bu xəstəliyin müalicəsi üçün 10-12 min dollar lazım olduğun dedilər. Təyyarəyə isə həkim nəzarətində minməlidir.

Bu gün Heydər Əliyev Fonduna, vitse-prezident Mehriban Əliyevaya və Prezident Administrasiyasına, şəxsən Prezident İlham Əliyevə həm elektron, həm də poçt vasitəsi ilə məktub göndərdim. Anamın müalicəsinində köməklik etmələrini xahiş etdim. 

Yazdığım məktuba tez bir zamanda reaksiya verilməsini xahiş edirəm. Vəziyyət sözün əsl mənasında kritik həddə çatıb. Maddi tükənmək üzrəyəm. Məcburiyyət qarşısında qalmasaydım, dövlətə müraciət etməzdim. Xahiş edirəm, məktubuma tez bir zamanda cavab verin. Anamı itirmək istəmirəm”.