Anar Bağırov: "Adil İsmayılovla bağlı şərh vermək səlahiyyətim yoxdur”

Anar Bağırov:

18-09-2019 15:52 / Bu xəbər 950 dəfə oxundu

"Adil İsmayılovla bağlı qərar vəkillər kollegiyası tərəfindən kollegial şəkildə qəbul olduğundan mənim sədr kimi şərh vermək səlahiyyətim yoxdur”.

Bu sözləri APA-nın sorğusunu cavablandıran Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. 

Anar Bağırov qeyd edib ki, vəkillərin fəaliyyəti qanunla məhdudlaşdırılır: "Bizim üçün bütün vəkillər bərabərdir. Vəkillik sərbəst və azad peşədir. Təbii ki, vəkillər də öz fəaliyyətlərində qanuna və vəkillərin etik davranış qaydalarına əməl etməlidir. Bizim hüquqlarımız qanunla məhdudlaşdırılıb. İstəyimiz bütün vəkillərin etik məcəlləyə, davranış qaydalarına əməl etməsidir. Vəkillik anarxiya deyil. Vəkillik o demək deyil ki, mən nə istəyirəm onu deyə bilərəm. Vəkil digər şəxslərin maraqlarına uyğun hərəkət etməlidir və öz həmkarlarına hörmətlə yanaşmalıdır". 

"İcraatımızda olan intizam işləri ilə bağlı vəkillər kollegiyasının sədri olaraq mən şərh vermək səlahiyyətində deyiləm. Çünki qəbul olunan bütün qərarlar kollegial orqan olan rəyasət heyəti tərəfindən qəbul olunur. Mən istəmirəm ki, bəzi adamlar bu mövzu ərafında spekulyasiya qursunlar. Onun tərəfdarı deyiləm. Bu gün vəkillik bir ailədir, bütün vəkillər bu ailənin üzvüdür, o cümlədən Adil İsmayılov da bu vəkil ailəsinin hörmətli üzvlərindən biridir”, - Anar Bağırov deyib.