Anar Bağırovu “dəhşətə” gətirən hadisə

Anar Bağırovu “dəhşətə” gətirən hadisə

26-05-2020 02:20 / Bu xəbər 743 dəfə oxundu

Yadınızdadırsa, bu ilin mart ayının ilk günlərində ölkənin tanınmış vəkilllərindən olan Şəhla Hümbətova ABŞ-da Meloni Tramp və Mayk Pompeo tərəfindən beynəlxalq "Cəsarətli qadınlar” mükafatına layiq görüləndə Azərbaycan Vəkillər Kolegiyasının sədri Anar Bağırov özünə yer tapa bilmirdi. Çünki o, həmin cəsur xanımı öz balaca "xanlığından” kənarlaşdırandan sonra dünyanın ən hegemon dövlətinin birinci şəxslərindən alınan mükafat onun hüquq dünyasının məğlubiyyətini rəsmiləşdirmişdi. 

Həmin xanım dünyanın demokratik düşərgəsində artıq qalib idi və "Ağ ev”dən bir siqnal idi: "Ti komu Kreml pokazıvayeş?”. 

Cənab Bağırov öz hikkəsini boğa bilməyərək sosial şəbəkədə "od püskürürdü”. Bununla da onun qeyri-adekvat davranşı cəmiyyətdə, hüquq camiəsində gülüş obyektinə çevrildi. 

Bir müddət öncə Kollegiyadan uzalqşdırılmış vəkil Xalid Bağırovla bağlı sosial şəbəkələrdə petisiya çağırışı ediləndə, beynəlxalq təşkilatlar bəyanat yayanda da Anar Bağırov məhkəmə "ədaləti"nə sığınmışdı. 

Bu hadisədən bir neçə ay sonra, yəni dünən, saat 12.00-13.00 radələrində Anar müəllim yenidən "dəhşətə” gəlmiş və Fransada fəaliyyət göstərən azərbaycanlı əsilli vəkil Dilbadi Qasımovun sosial şəbəkələrin birində olan statusunu paylaşaraq vəkillərin hüquqlarını müdafiə edən ədalət carçılarını, təşkilatları fransız vəkilinə qarşı olan ədalətsizliyə biganə qalmamağa çağırıb. 

Sən demə, Fransada 10 nəfərdən artıq şəxsin ictimai yerlərdə yığışması qadağan olunduğundan bir vəkil Parisdə məhkəmənin qarşısında müdafiə etdiyi şəxsin yaxınları ilə söhbət etdiyi vaxt polis onu cərimə edib (10 nəfərdən çox imişlər). 

Cənab Bağırov bu faktı əlində bayraq tutaraq guya öz aləmində fransız ədalətini aşağılayırdı. Sanki kimlərəsə acıq verirmiş kimi...

Amma cənab Bağırov bir şeyi unudur ki, vəkilin cərimələnməsinə dair protokolun mürəkkəbi hələ qurumamış həmin cərimə sanksiyası Paris prokukoru tərəfindən ləğv edildi. Bəli, cənab Bağırov, cərimə ləğv edildi! 

Yəni prokuror tərəfindən vəkilin cəzalandırılması üçün vəkil qurumuna şikayət olunmamış, onun həbsi üçün məhkəməyə təqdimat da göndərilməmiş, heç polis bölməsində onun döyülməsinə də göstəriş verilməmişdi. Sadəcə, balaca polis məmurunun səhvi yuxarı instansiya tərəfindən aradan qaldırılaraq cərimə ləğv edilmişdi. 

Kollegiya sədri bir şeyi fərq də bilmədi ki, fransız vəkilin onun "kinayəli” müdafiəsinə ehtiyacı yox idi, çünki onu qanun-qayda, fransız ədaləti qoruyurdu. Necə ki onun rəhbərlik etdiyi qurumun üzvü olan əksər vəkillər (hətta statusuna komment yazıb "like” qoyan vəkillər daxil) hüquq-mühafizə orqanlarının, məhkəmələrinin qanunsuz qərarlarından məhz Fransada (Strasburqda) ədalət axtarır...

Bəs cənab Bağırov kimə gülür? Gülmədən öncə biləməli idi ki, Fransada vəkil saatı 6 manata işləmir. 
Fransada vəkilin üzərinə baxış keçirilmir....
Fransada vəkil məhkəməyə daxil olarkən telefon və planşetini təhvil vermir...
Fransada vəkil cəzaçəkmə müəssisəsində müdafiə etdiyi şəxslə görüşmək üçün müstəntiqdən icazə almır...
Fransada hakim öz kabinetində dövlət ittihamçısı ilə çay içərək şirin söhbər edəndə vəkil məhkəmə zalının qarşısında saatlarla gözləmir...
Fransada vəkil qurumun rəhbəri vəkili cəzalandırmaq üçün hakim, prokuror və müstəntiqin şikayətini səbirsizliklə gözləmir... 
Fransada vəkil üzvü olduğu qurumun rəhbəri əli rüşvətə bulaşmış prokura və hakimlərə təşəkkür etmir...
Fransada daha çox şeylər olmur...

Məsud Turan

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.