Andrey Myaqkov vəfat edib

Andrey Myaqkov vəfat edib

18-02-2021 15:42 / Bu xəbər 1037 dəfə oxundu

Aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir

Sovet və Rusiya aktyoru Andrey Myaqkov 83 yaşında vəfat edib.

Bu haqda məlumatı Çexov adına Moskva İncəsənət Universitetinin mətbuat xidməti yayıb.

Aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Teatr və kino aktyoru Andrey Myaqkov rejissor Eldar Ryazanovun 1975-ci ildə çəkdiyi "Qəribə təsadüf və ya həmişə təmizlikdə” ("Ирония судьбы, или с лёгким паром!” filmindən sonra məşhurlaşıb.

Myaqov tamaşaçıların yaddaşında həm də Eldar Ryazanovun başqa bir filmi – "İşdə məhəbbət macərası”ndakı ("Служебный роман” - 1977) Novosilsev obrazı ilə qalıb.

Andrey Myaqkov detektiv yazarı kimi də məşhur olub.

Kinoya ilk dəfə 1965-ci ildə çəkilib. "Diş həkiminin sərgüzəştləri” ("Похождения зубного врача”) filmində diş həkimi Çesnokov rolunu ifa edib.

Myaqkov komediya aktyoru olsa da, onun repertuarında çoxlu dramatik obrazlar da olub.///meydan.tv