Aparıcının düşdüyü qəzada bir nəfər həlak olub

Aparıcının düşdüyü qəzada bir nəfər həlak olub

17-04-2024 14:13 / Bu xəbər 659 dəfə oxundu

Televiziya aparıcısı Aytən Piriyevanın ("Aytən Səfərova” kimi tanınan) idarə etdiyi "Hyundai” İsmayıl Məmmədova məxsus eyni markalı başqa avtomobillə toqquşub. 

Hadisə nəticəsində İsmayıl Məmmədovun maşınında olan Ayxan Əliyev həlak olub. 

Hadisə aprelin 17-də səhər saat 7 radələrində Xətai rayonu ərazisində baş verib. 8 noyabr prospekti istiqamətində hərəkət edən aparıcının avtomobili toqquşma nəticəsində yol kənarında olan "Kia Soul” markalı başqa bir maşına çırpılıb və ardınca da aşıb.

Qəza zamanı xəsarət alan Aytən Piriyeva və daha bir neçə yaralı xəstəxanaya yerləşdirilib.

Ayxan Əliyev xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.