“Apatiya” filminin qala gecəsi baş tutub

“Apatiya” filminin qala gecəsi baş tutub

12-02-2024 16:15 / Bu xəbər 640 dəfə oxundu

Aktyor-rejissor Hikmət Rəhimov dram janrında çəkdiyi "Apatiya” filmini ictimaiyyətə təqdim edib. 

Yaş həddi 18+ olan filmin qala gecəsi "Park Cinema Flame Towers”da baş tutub. 

Tədbirdə filmin yaradıcı heyəti, media, sənət, ədəbiyyat adamları və digər qonaqlar iştirak edib. 

Bir ailənin faciəsindən bəhs edən filmdə rolları Tural Baxış, Şəhla Əliqızı, Elşən Əsgərov, Məhəmməd Şahməmmədli, Azər Aydəmir, İlqarə Tosova canlandırıb.

Akif yoxsul ailədə, şəraitsiz evdə sevgisiz böyüyür. 

Savadsız və işsiz valideynləri tərəfindən məktəbdən çıxarılan və işləməyə məcbur edilən bu uşaq maşın ustası olan narkoman əmisinin yanına gedir. Bütün bu xaosun fonunda evdə baş verən qətl hadisəsi hər şeyi dəyişir və fikirləri başqa səmtə yönəldir...

Peşəkar yaradıcı heyətin ərsəyə gətirdiyi ekran əsəri tamaşaçı rəğbəti qazanıb, fərqli reaksiyalar yaradıb və səs-küyə səbəb olub. 

20-dən çox aktyoru, rejissoru, texniki heyəti bir araya toplayan "Apatiya” media və sosial şəbəkələrdə son zamanların ən çox müzakirə edilən filmlərindən olub. 

Sözügedən film hazırda ölkənin bütün kinoteatrlarında nümayiş olunur.

Ülviyyə