Aqil Abbasın oğlu rəisin tapşırığını icra etmədi, töhmət aldı

Aqil Abbasın oğlu rəisin tapşırığını icra etmədi, töhmət aldı

17-01-2022 11:44 / Bu xəbər 743 dəfə oxundu

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

"Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. 

Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir. 

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. 

Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.