Araik Arutunyan qismən səfərbərlik elan etdi

Araik Arutunyan qismən səfərbərlik elan etdi

03-08-2022 19:00 / Bu xəbər 1149 dəfə oxundu

Qarabağdakı erməni seperatçılarının lideri Araik Aratunyan qismən hərbi səfərbərlik elan edib. 

Erməni mətbuatı yazır ki, bu barədə o, avqustun 3-də "fərman" imzalayıb.

Qərar Qarabağda vəziyyətin gərginləşməsindən sonra baş verib. 

Bu gün Ermənistan KİV-i və Azərbaycanın bir sıra teleqram kanalları Laçın dəhlizində hərbi toqquşmaların baş verməsinə dair məlumatlar yayıb. 

Erməni mətbuatı yazır ki, Azərbaycanın minaatan və dron hücumu nəticəsində 3 nəfər erməni əsgəri ölüb, 8-i yaralanıb.

İddialara görə, Azərbaycan Qarabağda seperatçıların artilleriya hərbi hissəsini və postunu da dağıdıb. 

Həmçinin Kəlbəcər rayonu Heyvalı kəndində qeyri-qanuni erməni silah-sursat anbarının dağıdıldığı bildirilir. 

Azərbaycan Müdafiə Nazirliyi hələlik məsələylə bağlı rəsmi məlumat yaymayıb. 

Ermənistan Müdafiə Nazirliyi isə iki ölkənin sərhədində gərginliyin olmadığını bildirməklə kifayətlənib. 

Son günlərdə Qarabağ regionunda vəziyyət yenidən gərinləşib. 

Bu gün Azərbaycan Müdafiə Nazirliyi Laçın istiqamətində bir hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.