Aralıq dənizində 3 gəmi batdı: 300 ölü

Aralıq dənizində 3 gəmi batdı:   300 ölü

11-01-2015 23:08 / Bu xəbər 1203 dəfə oxundu

Liviyadan İtaliyaya getmək üçün yola çıxan 3 immiqrant gəmisi Aralıq dənizində batıb və 3 yüz nəfər ölüb. 

Arqument.Az türk mediasına istinadən xəbər verir ki, keçən şənbə günü Liviyadan İtaliyaya getmək üçün yola çıxan gəmilər Aralıq dənizində batıb. 

Birləşmiş Millətlərin Təşkilatının (BMT)  yaydığı məlumata görə ölənlərin sayı 3 yüzdən çoxdur.  

Ayrıca darmadağın olan 3 gəmidən başqa bir gəminin də itdiyini bildirlir.

İtaliyada sahil təhlükəsizliyinə nəzarət edən işçilər bir təyyarə ilə dənizdə batanları çıxarmaq üçün çalışırlar.

Qeyd  edək ki, ötən il sentyabr ayının 9-da Aralıq dənizində Liviya ilə İtalya arasındakı Siciliya kanalında 29 immiqrant donaraq dünyasını dəyişmişdi.

Arqument.Az