Arayik Arutyunyan sabah istefa verəcəyini açıqladı

Arayik Arutyunyan sabah istefa verəcəyini açıqladı

31-08-2023 13:51 / Bu xəbər 918 dəfə oxundu

Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti adlandıran Arayik Arutyunyanın sentyabrın 1-də istefa verəcək.

Bu barədə Arayik Arutyunyanın yaydığı bəyanatda bildirilir.

O, istefa ərizəsini sabah parlamentə təqdim edəcəyini deyib: "Sabah mən Artsax xalqına və parlamentinə respublika prezidenti vəzifəsindən istefa məktubumu təqdim edəcəyəm".

"Bu, son qərardır, mən bunu iki gün əvvəl - son həftələrdə daxili və xarici aktorlar, həmçinin geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq vermişəm. Bu yalnız məndə olan məlumatların təhlili əsasında balanslaşdırılmış qərarımdır", - bəyanatda deyilir.

 Arutyunyan Qarabağı tərk etməyəcəyini, ailəsi ilə birgə burada yaşamağa davam edəcəyini bildirib.

Arayik Arutyunyan 2020-ci il may ayının 21-dən DQR-ə rəhbərlik edirdi.