Araz Əlizadə koronavirusa yoluxub

Araz Əlizadə koronavirusa yoluxub

27-07-2020 18:00 / Bu xəbər 1844 dəfə oxundu

Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

APA-nın məlumatına görə, A.Əlizadə "Yeni klinika"ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub. 

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi "Yeni klinika"da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.