“Araz”ın 3,7 milyon manat vergi borcu var
31-10-2023 10:15 / Bu xəbər 1164 dəfə oxundu
"Araz Supermarket” MMC-nin dövlət qarşısında böyük həcmdə vergi borcunun yarandığı məlum olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bu il oktyabrın 29-na supermaketlər şəbəkəsinin vergi borcu 3 milyon 761 min 722.12 manata çatıb.
2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 7 milyon 55 min manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.