Arestoviç: Rusiya Belarus üzərindən Kiyevə təkrar hücumu edə bilər

Arestoviç: Rusiya Belarus üzərindən Kiyevə təkrar hücumu edə bilər

18-10-2022 16:05 / Bu xəbər 682 dəfə oxundu

"Rusiya Yeni ilə az qalmış Belarus üzərində Kiyevə təkrar hücum edə bilər"

Bu sözləri mətbuata açıqlamasında Ukrayna Prezidentinin hərbi müşaviri Aleksey Arestoviç deyib. 

Onun sözlərinə görə, Belarusda müəyyən şərtlər daxilində döyüşə atılacaq qruplaşmalar yaradılır: "O, hazırlanmayacaq, paytaxtın ələ keçirilməsi tapşırığını yerinə yetirə bilməyəcək, amma bizim üçün problem yaradacaq. Ehtimal 50/50-dir. Onlar noyabrın sonuna toplanarlar, düz qış gələndə".

Arestoviç Ukraynada yeni səfərbərliyin planlaşdırıldığını da sözlərinə əlavə edib: "Müharibənin ikinci çətin mərhələsi başlayıb. Bizə həm psixoloji, həm hərbi, həm də siyasi səfərbərlik lazımdır. Bizi şəxsi heyətin səfərbərliyinin davamı gözləyir”.

Rusiya Ukraynadakı müharibənin ilk mərhələsində Kiyev şəhərinə qarşı hücum əməliyyatları təşkil etsə də, uğursuz olmuşdu. Sonradan Rusiya Silahlı Qüvvələri Kiyevə hücum əməliyyatını dayandırmış, qoşunlarını ölkənin şərq hissəsində cəmləyərək Luqansk, Donetsk, Xarkov, Xerson və Zaporojye vilayətlərinə qarşı hücuma keçmişdi. Sonradan Ukrayna bu əraziləri də işğaldan azad etməyə başladı. Ekspertlər Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının dalan dirəndiyini və böyük itkilər verdiyini açıqlayırlar.