Arif Hacılı “Bandotdel”ə niyə çağırıldı? - YENİLƏNİB

Arif Hacılı “Bandotdel”ə niyə çağırıldı? - YENİLƏNİB

15-12-2017 15:39 / Bu xəbər 2573 dəfə oxundu

Arif Hacılı REAL-ın qurultayı ilə bağlı BMCMİ-yə çağırılıb

Müsavat başqanı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən çıxıb.

Arif Hacılı onun BMCMİ-nə çağırılmasıın əsas səbəbinin son zamanlarda Müsavat Partiyasının Mərkəzi Qərargahında keçirilən tədbirlər olduğunu bildirib.

Arif Hacılı deyib ki, onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılması ilk növbədə REAL partiyasına qurultayın keçirilməsi üçün Müsavatın yer verməsi ilə bağlıdır.

Arif Hacılı Dövlət Əmlak Komitəsinin Müsavata rəsmi xəbərdarlığı, onun bu məqsədlə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılmasını hakimiyyətin müxalifətə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirilib. 

***

Müsavat başqanı Arif Hacılının dekabrın 15-də saat 14:00-da əhali arasında "Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması barədə "Basta” da məlumat vermişdik. 

Arif Hacılı artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Məlumata görə vəkil Osman Kazımovun içəri daxil olmasına icazə verilməyib.

Bir neçə ay öncə Müsavat başqanı Arif Hacılı bir neçə dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. 

Əfqan Muxtarlı "cinayət işi” ilə bağlı olan bu dindirilmələrə MSDM sədri İsa Qəmbər, Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı da, cəlb olunub.

Müsavat başqanının BMCMİ-nə hansı səbəbdən çağırılması ilə bağlı məlumat verilməyib.

Bir neçə ay öncə Müsavat başqanı Arif Hacılı bir neçə dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. 

Əfqan Muxtarlı "cinayət işi” ilə bağlı olan bu dindirilmələrə MSDM sədri İsa Qəmbər, Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı da, cəlb olunub.

Müsavat başqanının BMCMİ-nə hansı səbəbdən çağırılması ilə bağlı məlumat verilməyib.///bastainfo.com