Arif Hacılı: "Bu, söz azadlığına təhdiddir"

Arif Hacılı:

14-07-2018 12:06 / Bu xəbər 2697 dəfə oxundu

Bastainfo.com saytının əməkdaşları prokurorluğa dəvət edilib
 
Bastainfo.az saytının rəhbəri, Müsavat Partiyasının Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəyli beşinci dəfə Bakı şəhər Prokurorluğunda dindirilib. 

Ötən gün, iyulun 13-də Mustafa Hacıbəyli bütün gün ərzində prokurorluqda dindirildikdən sonra azad buraxılıb. 

Bu barədə Müsavat Partiyasının baçqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.

Onun sözərinə görə, iyulun 13-də bastainfo.az saytı ilə könüllü əsasda əməkdaşlıq edən Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah da Bakı şəhər Prokurorluğunda bir saat ərzində dindirilib.

"İyulun 14-də bastainfo.com saytının köşə yazarları Könül Alı, Rüfət Baxışbəyli və saytla heç bir əlaqəsi olmayan Tural Hacıbəyli prokurorluğa dəvət edilib. Tural Hacıbəyli yəqin ki, mənimlə və Mustafa Hacıbəyli ilə qohumluq əlaqələrinə görə dəvət edilib”.
Mustafa Hacıbəyli 

"Bastainfo.az saytına qarşı istintaq aparılmasını söz və ifadə azadlığına təhdid, Müsavat Partiyasına qarşı təzyiq kimi qiymətləndirirəm. Artıq Müsavat Partiyasına informasiya dəstəyi verən bastainfo.som saytına giriş bloklanıb. İstintaqa çağırılanların hamsı Müsvaat Partiyasının tanınmış fəallarıdır”, - Hacılı qeyd edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq "bastainfo.com”, "criminalaz.com”, "topxeber.az” və "fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.