Arif Hacılının müşaviri polisə çağırıldı

Arif Hacılının müşaviri polisə çağırıldı

24-02-2018 14:24 / Bu xəbər 2359 dəfə oxundu

Müsavat Partiyası başqanının müşaviri Sevda Laçınlı polisə çağırılıb.

Bu barədə başqanın müşaviri Azər İsmayıl arqument.az-a məlumat verib. 

O bildirib ki, S.Laçınlını Abşeron Rayon Polis İdarəsinə çağırıblar. 

"Özünün Müsavat başqanı Arif Hacılıya verdiyi məlumata görə, sahə müvəkkili evinə gələrək onu polis rəisinin çağırdığını söyləyib. Daha sonra başqana telefonunun əlindən alındığını bildirib", - A. İsmayıl bidirib.