Arif Məmmədov AND Hərəkatından istefa verib

Arif Məmmədov AND Hərəkatından istefa verib

23-05-2019 18:59 / Bu xəbər 847 dəfə oxundu

Arif Məmmədov Azərbaycan Naminə Demokratiya (AND) Hərəkatından çıxmaq haqqında qərar qəbul edib.

Məlumatı Arif Məmmədov öz feysbuk hesabında paylaşıb.

"Bu gün AND hərəkatının həmsədr vəzifəsindən və ümumiyyətlə AND hərəkatından çıxmaq qərarı verirəm”, - deyə Arif Məmmədov qeyd edib.

O, hərəkatının son iki ildə Avropada çox güclü və effektiv siyasi qüvvəyə çevrildiyini və Beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratdığını bildirib: "Avropa Şurasında, Avropa Birliyində korrupsiya şəbəkəsinin ifşa olunmasında AND hərəkatının xidmətləri göz qabağındadır. Son bir ildə AND hərəkatı onlarla siyasi məhbus ailələrinə maddi və mənəvi dəstək göstərmişdir”.

"Nə mənim siyasi baxışlarımda, nədəki mövqeyimdə heç bir dəyişiklik yoxdur və ən böyük arzum Azərbaycanın demokratik qüdrətli dövlət olmağına nail olmaqdır”- deyə hərəkatın keçmiş rəhbəri bildirib.

O, bundan sonraki fəaliyyətini müstəqil siyasətçi kimi davam etdirəcəyini deyib.

Hərəkat 2016-cı il sentyabrın 11-də Fransanın Strasburq şəhərində azərbaycanlı siyasi mühacirlərin təsis etdiyi təşkilatdır.

Təşkilatın rəsmi səhifəsində missiyalarının Azərbaycanda demokratiyanın qurulmasına dəstək vermək olduğunu göstərilib.///toplum.tv