Arzu Rəhimovun müavini işdən çıxarıldı

Arzu Rəhimovun müavini işdən çıxarıldı

10-11-2021 17:52 / Bu xəbər 936 dəfə oxundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. 

Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.

Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

 Şahvələd Əliyev