"Asfalt Raqib"in şirkətinin Lənkərada ağacları kəsdiyi bildirili

29-08-2024 15:47 / Bu xəbər 664 dəfə oxundu

Lənkəranın Haftoni ərazisindəki 30 hektar sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilmiş ağaclar kəsilib. 

Bu barədə görüntüləri "Ecofront” yayıb. 

İddia olunur ki, Lənkəran Asfalt Zavodu tərəfindən əraziyə aylar əvvəl ağacları qurutmaq məqsədilə dərman da səpilib və ağaclar məhv edilib. 

Lənkəran Asfalt Zavodunun direktoru Raqib Məmmədovun (Asfalt Raqib) işçiləri avqustun 28-də əraziyə texnika salaraq salamat qalan tingləri də kəsiblər.

 Pravda.az məsələ ilə bağlı ETSN-ə sorğu ünvanlayıb. 

R.Məmmədovla isə əlaqə saxlamaq mümkün olmayıb.