AŞPA-da Navalnının azad edilməsi ilə bağlı qətnamə qəbul olundu

AŞPA-da Navalnının azad edilməsi ilə bağlı qətnamə qəbul olundu

22-04-2021 16:35 / Bu xəbər 1435 dəfə oxundu

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının azadlığa buraxılmasını tələb edən qətnamə qəbul olunub. 

Bu barədə aprelin 22-də "Radio Svoboda" məlumat verib. 

Məlumata görə, qurumun İnsan Hüquqları Komitəsinin məruzəçisi Jak Meyrin hazırladığı qətnamədə bildirilir ki, Navalnının səhhəti qeyri-insani rəftar və cəzaya görə həbsdə əhəmiyyətli dərəcədə pisləşib.

Həmçinin qeyd edilib ki, Navalnının bu məsələlərlə bağlı şikayətləri böyük ölçüdə cavabsız qalıb.

"Aleksey Navalnının saxlanılması və həbsi" adlı sənəddə bu müddəalar yer alıb:

AŞPA üzvü olan ölkələr Rusiyanı Navalnının sərbəst buraxılması və ona bütün lazımi tibbi yardım göstərilməsi və hüquqlarına tam hörmət göstərilməsi üçün işbirliyinə çağırıb. 

İşgəncə və ləyaqəti alçaldan rəftarın və cəzanın qarşısını alma komitəsi Navalnının həbs edildiyi yerə getməyə dəvət edilib. 

Rusiya nümayəndə heyəti Assambleyanın qərarını izləmək üçün işbirliyinə çağırılıb.