AŞPA prezidentinin Azərbaycana səfərinin yekunları barədə açıqlama verib

AŞPA prezidentinin Azərbaycana səfərinin yekunları barədə açıqlama verib

13-09-2019 19:09 / Bu xəbər 1053 dəfə oxundu

AŞPA prezidenti Lilian Mori Paskye Bakıya səfərinin yekunlarına görə Avropa Şurası və Azərbaycan arasında açıq və səmimi dialoqa və əməkdaşlığı genişləndirməyə çağırıb. 

"İki gün ərzində bir sıra məsələləri, xüsusən vətəndaş cəmiyyətinin vəziyyəti və QHT-lərin işinin asanlaşdırılması və QHT və hakimiyyət arasında dialoqun möhkəmləndirilməsi yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi, ədalətli mühakimənin müstəqilliyi və ədalətli mühakimə sisteminin əlçatanlığının asanlaşdırılması, Azərbaycanın İstanbul Konvensiyasına qoşulması və Nazirlər Komitəsi və AŞPA-ya üzv dövlətlər tərəfindən Avropa Şurası Nizamnaməsinin və Avropa İnsan Hüquqları Konvensiyasının ciddi pozuntularına reaksiya üzrə yeni birgə prosedurun yaradılması məsələlərini açıq və səmimi şəkildə müzakirə etmək imkanım olub. Mürəkkəb və həssas məsələlər üzrə ən yüksək səviyyədə hakimiyyətin səmimi dialoqunu yüksək qiymətləndirdim", - deyə AŞPA-nın press-relizində bildirilir.

"Görüşdə müzakirə tərəfdaşlarım açıq şəkildə bildiriblər ki, Azərbaycan Avropa Şurasına daxil olduqda Avropa İnsan Hüquqları Konvensiyası ölkənin konstitusiya sisteminin ayrılmaz hissəsinə çevrilib, deməli, Məhkəmənin qərarları da yerinə yetirilməlidir - mən bu yanaşmanı alqışlayıram, Avropa Şurasına üzv olan bütün dövlətlər buna riayət etməlidir", deyə Paskye qeyd edib.

"Vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr xüsusilə faydalı olub. Cəmiyyətdəki bütün baxışlar spektrini azad şəkildə ifadə etməyin mümkün olması üçün hakimiyyət və vətəndaş cəmiyyəti arasında daimi dialoq mexanizminin yaradılması haqqında düşünmək istərdim. Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən daha elastik qanun buna böyük töhfə verə bilərdi.

Hüquqşünasların vəziyyəti də yaxşılaşdırılmalıdır, onların sayı açıq-aşkar yetərsizdir; ədalətli mühakimənin əlçatanlığının asanlaşdırılması hüquq müdafiəçilərinin işini də asanlaşdırar və bütün insanların və iqtisadi fəaliyyətin bütün iştirakçılarının maraqları naminə qanunun aliliyinə hörməti artırar".

Paskye səfəri çərçivəsində prezident, parlamentin spikeri, xarici işlər naziri, parlament üzvləri ilə görüşüb.

Mənbə: Turan İA