AŞPA siyasi məhbus məsələsini müzakirə edəcək

AŞPA siyasi məhbus məsələsini müzakirə edəcək

18-01-2020 14:01 / Bu xəbər 791 dəfə oxundu

2020-ci il yanvarın 27-31-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında yeni prezident seçiləcək.

AmerikanınSəsi xəbər verir ki, sessiyada Gürcüstan və Moldova prezidentləri, həmçinin Gürcüstan xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi, habelə Avropa Şurasının yeni seçilmiş baş katibi çıxış edəcək.

Sessiyanın gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də daxildir. Bu məsələyə yanvarın 29-da baxılacaq.

Deputatlar media azadlığı və jurnalistlərin təhlükəsizliyinə təhdidlər və digər məsələləri müzakirə edəcəklər.