Astarada yaylaq festivalı keçiriləcək

Astarada yaylaq festivalı keçiriləcək

18-06-2022 12:03 / Bu xəbər 1405 dəfə oxundu

Astarada yaylaq festivalının keçiriləcəyi bildirilir. 

Bu barədə "Arqument.az"a festivalın təşkilat komitəsindən məlumat verilib. 

Bildirirlir ki, iyulun 16-da rayonun Hamoşam kəndində "Bİ  yaylaq festivalı" baş tutacaq. 

"Bi" toponimi talışca "soyuq", "sərin" mənasını verir. 

Təşkilat komitəsinin yaydığı məlumatda deyilir: "Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 1800 metrdən çox yüksəklikdə yerləşən, əsrarəngiz təbiətə və gözəlliyə malik olan "Bi" yaylasında 16 iyul 2022-ci il tarixində "Bİ" Yaylaq Festivalı keçiriləcək!"

Təşkilat komitəsinin üzvü, Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev bildirib ki, "Bi" yaylağı 60 hektarlıq düzənlik ərazidən ibarətdir: "Buradakı Tunc dövründən qalma kurqanlar, qədim məzarlıq, iki, üç, dörd pilləli yonma baş daşları, "Padşah hovuzu", "Haftçəşmə" ( Yeddibulaq ) bulaqları əsrlərin yadigarıdır. Yaylağın üstündə dəniz səviyyəsindən 1901 m yüksəklikdə yerləşən möhtəşəm Qala Kafo (Baş qala) yaylağa xüsusi gözəllik verir..."