Aşura günü qan verәn 169 nәfәrdә tәhlükәli xәstәlik aşkarlandı

Aşura günü qan verәn 169 nәfәrdә tәhlükәli xәstәlik aşkarlandı

18-09-2019 10:14 / Bu xəbər 825 dəfə oxundu

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5809 nəfər könüllü olaraq qan verib. 

Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

Dörd infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkarlanıb.

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. 

Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uygun olarag zərsizləşdirilib.