"Atasığorta" məhkəməyə verilib
20-06-2024 17:58 / Bu xəbər 1064 dəfə oxundu
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
"Valyuta.az"ın məlumatına görə, sığorta şirkəti barəsində məhkəməyə Əliyev Cavad Sərdar oğlu şikayət edib.
C.Əliyev məhkəmədə sığorta şirkəti barəsində "Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr” üzrə iddia qaldırıb.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın icraatındadır.