“Atəşgah” sığorta müştərilərin necə aldadır?
07-01-2025 01:24 / Bu xəbər 420 dəfə oxundu
Tez-tez məhkəməyə verilən "Atəşgah” Sığorta Şirkəti ilə bağlı daha iki MMC iş qaldırıb.
Sığorta şirkəti ilə bağlı iddianı bu dəfə "Go Live” MMC və "Pulsmed” MMC qaldırıb.
Amma heç bir işin mahiyyəti ilə bağlı məlumat verilmir.
Bakı Kommersiya Məhkəməsinə göndərilən işlərlə bağlı proses 3 fevral tarixində keçiriləcək.
Hər iki iş hakim Kənan Hüseynovun icraatındadır.
Müxtəlif şirkətlər tərəfindən məhkəməyə verilən "Atəşgah” sığorta şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyevdir.
Şirkətin İdarə Heyətinin sədri isə Tahir Kazmovdur(tribunainfo.az).