ATƏT jurnalistə hücumu pisləyib
10-05-2022 12:00 / Bu xəbər 2242 dəfə oxundu
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro mayın 8-də jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması hadisəsini pisləyib.
Bu barədə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin "twitter" hesabında belə deyilir.
"Mən bu insidentin sürətli və hərtərəfli araşdırılması üçün çağırış edirəm. Belə iyrənc hədə-qorxu hərəkətlər yolverilməzdir", - deyə o bildirib.
Onun fikrinə görə, jurnalistlər öz işlərini təhlükəsiz şəkildə yerinə yetirməlidir.












