ATƏT nümayəndəsi: Jurnalistlərin qanuni peşə fəaliyyətini yerinə yetirməyə əngəllər yaradılıb

ATƏT nümayəndəsi: Jurnalistlərin qanuni peşə fəaliyyətini yerinə yetirməyə əngəllər yaradılıb

22-10-2019 18:02 / Bu xəbər 184 dəfə oxundu

"Rəsmilər olayları dərhal araşdırmalıdır”

"Bakıda ictimaiyyətə açıq aksiyalarda jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllərin yaradılmasını qınayıram. Rəsmiləri bu olayları dərhal araşdırmağa, gərəkli addımlar atmağa çağırıram”.

Bu barədə ATƏT-in Media Ofisinin rəhbəri Harlem Dezirin bəyanatında deyilir.

O qeyd edib ki, medianın, jurnalistlərin ictimaiyyətə açıq olan bütün olayları izləmək, oradan bilgi toplamaq hüququ var.

"Onlar bu hüquqlarını heç bir qorxu, maneə olmadan həyata keçirə bilməlidilər. Oktyabrın 19-20-də Bakıda keçirilən aksiyalarda Meydan TV, Azadlıq Radiosu, Turan Agentliyi, Amerikanın Səsi, Objektiv TV, Azadliq qəzeti, Toplum TV-nin əməkdaşları fiziki və sözlü basqıya məruz qalıblar. Onların qanuni peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllər yaradılıb”, - bəyanatda deyilir.

Oktyabrın 19-da Bakıda Demokratik Qüvvələrin Milli Şurası aksiya keçirməyə cəhd edilib. Aksiyanın qarşısı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən alınıb. Aksiya zamanı 60-dan çox insan, o cümlədən AXCP sədri Əli Kərimli, mitinqin təşkilat komitəsinin üzvləri saxlanılıblar. Saxlanılanların çoxu sonradan sərbəst buraxılsa da, 11 nəfər 15 sutkadan 60 sutkaya qədər inzibati həbs edilib.

Oktyabrın 20-də bir qrup insan qadınlara qarşı şiddətə etiraz olaraq aksiya təşkil edib. Bu aksiyanın da keçirilməsinə polis tərəfindən imkan verilməyib.

Hər iki aksiya zamanı polis jurnalistlərin fəaliyyətinə mane olan hərəkətlər edib.///meydan.tv